Gəncədə avtobus sürücüsünü maşın vurub


21:55     20 Yanvar 2022 22_01_20_1642699667.jpg

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

Femida.az -ın xəbərinə görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.


Hərəkətdə olan "Ford Fusion" markalı minik maşını yolu keçmək istəyən Qalib Aslanovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. İlkin məlumata görə zərərçəkən 11 saylı xətt üzrə işləyən marşrut avtobus sürücüsüdür. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 445