Quba polisi əməliyyatlar keçirib, 13 nəfər saxlanılıb
15:59 29 Yanvar 2022
Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib, 13 nəfər saxlanılıb.
Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakini Xəyyam Yunusov tutulub.
Həmin şəxsin üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana və 5 ədəd güclü təsirediciliyə malik tramadol həbləri aşkar olunaraq götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Anar Qurbanov, Dadaş Dadaşov və Teyyub Mirzalıyev saxlanılıblar.
Həmin şəxslərin üzərinə baxış keçirilən zaman A.Qurbanovun üzərindən narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.
Hər üç şəxs narkotik vasitələri X.Yunusovdan aldıqlarını etiraf ediblər.
Keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakini Mətləb Məmmədov və Xaçmaz rayon sakini Cəlal Abasov saxlanılıblar.
Həmin şəxslərin üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Araşdırmalar zamanı M.Məmmədovun Elşad Məmmədov adlı şəxsə narkotik vasitə satdığı müəyyən edilib. E.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Bundan başqa, polis əməkdaşları tərəfindən keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Sakit Məmmədov, Elnur Bayramov, Kamran Bayramov, Niyaməddin Babayev, Səbuhi Talıbov və Mehrac Hacıyev saxlanılıblar.
Həmin şəxsin üzərinə baxış keçirilən zaman narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Faktlarla bağlı RPŞ-də araşdırmalar aparılır.
Oxunub: 353
Oxşar xəbərlər
- Qubada narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
- Qubadakı yanğına görə bir nəfər məsuliyyətə cəlb edilib
- Qubada içərisində 125 min manat və 10 min dollar pul olan seyf oğurlanıb
- Qubada avtomobil yolu keçən qadın piyadanı vuraraq öldürüb
- Qubadlı şəhərinin Baş Planını İsveçrə şirkəti hazırlayacaq
- Qubada 35 yaşlı kişi qətlə yetirilib
- Qubada qadın baltalanıb, qızı anasını ölümdən xilas edib
- Qubada kişi keçmiş arvadını qətlə yetirib, sonra intihar edib
- Qubada daha 5 vəzifəli şəxsə cinayət işi başlanılıb
- Qubada avtoxuliqanlıq edən şəxs saxlanılıb