Masallıda üzərində silah və narkotik gəzdirən şəxs saxlanılıb
10:16 03 Fevral 2022
Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və üzərində odlu silah gəzdirməkdə şübhəli bilinən rayon sakini Cavid Bəyəliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, şəxsi axtarış zamanı onun üzərindən yarım kiloqrama yaxın narkotik vasitə qurudulmuş marixuana, bir ədəd lüləsi kəsilmiş odlu silah tüfəng və bir ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.
Oxunub: 424
Oxşar xəbərlər
- Masallıda avtomobil kanala aşıb, iki nəfər boğularaq ölüb
- Masallıda keçmiş məhkumun evindən 5 kq-a yaxın narkotik aşkarlanıb
- Masallıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Masallıda 7 il əvvəl baş verən qətlin yeni təfərrüatı məlum olub
- Masallıda qardaşını qətlə yetirən şəxsin məhkəməsi başlayır
- Masallıda subasmaya görə köməksiz qalan vətəndaş xilas edilib
- Masallıda arvadını öldürən şəxsə 18 il həbs cəzası verilib
- Masallıda narkotiklə tutulan keçmiş məhkumun oğurluq əməllərinin üstü açılıb
- Masallıda məktəbli qızın ərə verilməsi ilə bağlı araşdırmalara başlanılıb
- Masallıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb