Sabunçuda 3 nəfər dəm qazından zəhərlənib


11:44     04 Fevral 2022 22_02_04_1643958475.jpg

Bakıda dəm qazından zəhərlənmə hadisələri baş verib.

Femida.az -ın məlumatına görə, hadisələr Sabunçu rayonunun müxtəlif ərazilərində qeydə alınıb.

Bakıxanov qəsəbəsində 2007-ci il təvəllüdlü Şirinova Günay Yadin qızı, 1984-cü il təvəllüdlü Abdulov Sübhan Vurğun oğlu və Nardaran qəsəbəsində 1989-cu il təvəllüdlü Cəbrayılov Həciəli Vahid oğlu yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisələrin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 426