Sabunçuda qaraçı oğlan bıçaqlanıb


12:55     17 İyun 2022 22_06_17_1655449888.jpg

Bakıda qaraçı milliyətindən olan gənc bıçaqlanıb.

Hadisə Sabunçu rayonunda qeydə alınıb. 2001-ci il təvəllüdlü Salmanov Sabir Rasim oğlu mübahisə zəminində tanışı tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun bədənində 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 293