Gəncədə avara və dilənçiliklə məşğul olan 22 nəfər saxlanılıb


13:30     04 Fevral 2022 22_02_04_1643966370.jpg

Gəncədə avara və dilənçiliklə məşğul olan 22 nəfər saxlanılıb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşları tərəfindən şəhər ərazisində avara və dilənçiliklə məşğul olan 22 nəfər, o cümlədən 4 kişi, 11 qadın və 7 azyaşlı saxlanılıb.

Onlarla profilaktiki söhbətlər aparılıb, xəbərdarlıq edildikdən sonra yaşadıqları rayona göndəriliblər.

Açar sözlər:

Oxunub: 381