Gəncədə 47 yaşlı kişi dərmandan zəhərlənərək ölüb


16:10     06 Fevral 2022 22_02_06_1644149429.jpg

Gəncədə dərmandan zəhərlənən 47 yaşlı kişi xəstəxanada dünyasını dəyişib.

Femida.az -ın məlumatına görə, Gəncə şəhər sakini K.Hacıyev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona həkimlər tərəfindən tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

K.Hacıyevin dərman preparatlarından zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 378