Şabranda TIR 3 avtomobillə toqquşub, ölən və xəsarət alanlar var


18:21     09 Fevral 2022 22_02_09_1644409342.jpg

Şabranda TIR 3 avtomobillə toqquşub, ölən və xəsarət alanlar var.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Gəndob-Yalama yolunun 10-cu km-də rayonun Ağalıq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Schmıtz" markalı yük avtomobili, "VAZ-2106", "VAZ-21014" və "Opel" markalı minik avtomobilləri ilə toqquşub. Daha sonra yük maşını yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 2014-cü il təvəllüdlü Həqiqət Kamil qızı Quliyeva və 1960-cı il təvəllüdlü Əli Hacıbaba oğlu Babayev hadisə yerində ölüblər.

Şabran rayon sakini Akif Abdulmənna oğlu Quliyev, Xaçmaz rayon sakinləri - Tural Əjdər oğlu Nuriyev və Səlminaz Babayeva isə müxdəlif bədən xəsarətləri alıblar. Onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralı, Quba rayon sakini Zəbişah Əbdülhəqq oğlu Əfəndiyev isə Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Fakla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 526