Şabranda narkotacir saxlanılıb
11:12 21 May 2022
Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlərlə rayonun Sincanboyad kəndi ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası və satışı ilə məşğul olmaqda şübhəli bilinən Elvin Nurullayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman onun qanunsuz olaraq aqrotexniki qaydada əkib yetişdirdiyi xeyli sayda çətənə (kannabis) bitkisi, marixuana və külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Oxunub: 336
Oxşar xəbərlər
- Şabranda yol qəzasında 3 nəfər ölüb
- Şabranda 25 yaşlı gənc qətlə yetirilib
- Şabranda narkotik əməliyyatı: 2 nəfər həbs edilib
- Şabranda 16 yaşlı gənc itkin düşüb
- Şabranda oğul anasını döyə-döyə öldürüb
- Şabranda TIR 3 avtomobillə toqquşub, ölən və xəsarət alanlar var
- Şabranda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
- Şabranda 39 yaşlı qadın dəm qazından zəhərlənib
- Şabranda iki bacı dəm qazından zəhərləniblər
- Şabranda bacısını qətlə yetirən şəxs tutulub