Şabranda narkotik əməliyyatı: 2 nəfər həbs edilib
11:02 14 İyun 2022
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan a verilən Femida.az-a məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakini Cəfər Tarverdiyev və Bakı şəhər sakini Nəzrin Hüseynova saxlanılıblar.
Həmin şəxslərin üzərlərinə və C.Tarverdiyevə məxsus avtomobilə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin, eləcə də “patı”, “şüşə” adlandırılan psixotrop maddə metamfetamin, marixuana, 1 ədəd elektron tərəzi və 1 ədəd süngü bıçaq aşkar olunaraq götürülüb.
Bundan əlavə olaraq araşdırmalar zamanı, C.Tarverdiyevin qonşuluğunda olan və faktiki yaşayış olmayan evin həyətyanı sahəsində çətənə (kannabis) bitkiləri əkib yetişdirdiyi məlum olub.
Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Oxunub: 316
Oxşar xəbərlər
- Şabranda yol qəzasında 3 nəfər ölüb
- Şabranda 25 yaşlı gənc qətlə yetirilib
- Şabranda narkotacir saxlanılıb
- Şabranda 16 yaşlı gənc itkin düşüb
- Şabranda oğul anasını döyə-döyə öldürüb
- Şabranda TIR 3 avtomobillə toqquşub, ölən və xəsarət alanlar var
- Şabranda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
- Şabranda 39 yaşlı qadın dəm qazından zəhərlənib
- Şabranda iki bacı dəm qazından zəhərləniblər
- Şabranda bacısını qətlə yetirən şəxs tutulub