AZAL Bakı-London aviareysinin sərnişinlərinə müraciət edib


15:33     03 İyun 2022 22_06_03_1654254736.jpg

İyunun 23-dən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-London-Bakı reyslərini Hitrou beynəlxalq hava limanının 4-cü terminalına (terminalından) həyata keçirəcək.

Femida.az xəbər verir ki, bu barədə AZAL-ın sərnişinlərə müraciətində bildirilir.

Xatırladaq ki, aviaşirkət yay uçuş cədvəli çərçivəsində Böyük Britaniyanın paytaxtına həftədə 3 dəfə - çərşənbə axşamı, cümə axşamı və şənbə günləri uçuşlar yerinə yetirir.

Açar sözlər:

Oxunub: 288