Ağsuda avtomobillər toqquşub, xəsarət alanlar var


12:16     13 Fevral 2022 22_02_13_1644735801.jpg

Ağsu rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Mirzəyev Təşkilat Qiyas oğlu və 1983-cü il təvəllüdlü Əbilov Səfər Əliqardaş oğlu xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı T.Mirzəyevə sağ baldır sümüklərinin yerdəyişən sınığı və S.Əbilova isə qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 644