Ağsuda 65 yaşlı kişini avtomobil vurub


21:22     15 Fevral 2022 22_02_15_1644944872.jpg

Ağsuda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az bürosu xəbər verir ki, hadisə rayonun Vidadi küçəsində qeydə alınıb.

Belə ki, həmin yolda hərəkətdə olan minik avtomobilinin sürücüsü yolu keçmək istəyən piyada, rayon sakini 1957-ci il təvəllüdlü Mütəllimov Rauf Qarxun oğlunu vurub.

Yaralı Ağsu Rayon Mərkəzi xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 836