Ağsuda keçmiş məhkumdan “Kalaşnikov” avtomatı və narkotik vasitə aşkarlanıb
10:52 17 Fevral 2022
Ağsuda əvvəllər məhkum olunmuş şəxsdən atəşə yararlı avtomat və narkotik vasitə aşkarlanaraq götürülüb.
Femida.az xəbər verir ki, Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkumluq həyatı yaşamış 36 yaşlı Qəhrəmanov Mehman Əhliman oğlu saxlanılıb. Onun üzərinə keçrilən baxış zamanı əynindəki gödəkcədən siqaret qutusuna bükülmüş təmiz çəkisi 12,81 qram narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd sellofan bükümdə təmiz çəkisi 13,689 qram narkotik vasitə olan tiryək, yaşadığı evdən isə təmiz çəkisi 123,56 qram qurudulmuş marixuana həmin otaqdan sellofan bükümdə təmiz çəkisi 29,821 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Bundan başqa Mehman Qəhrəmanovun yaşadığı evdən bir ədəd nömrəsi silinmiş “Kalaşnikov” markalı, 7,62 mm kalibrli avtomat silah aşkar edilərək götürülüb.
M.Qəhrəmanov saxlanılıb. Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi açılıb və istintaq işləri davam etdirilir.
Oxunub: 622
Oxşar xəbərlər
- Ağsuda 59 yaşlı qadın itkin düşüb
- Ağsuda "məktəbdə bomba var” deyən şəxsə cinayət işi başlanılıb
- Ağsuda 5 il əvvəlki qətlə görə tutulanların sayı 3-ə çatıb
- Ağsuda 5 il əvvəlki qətlə görə tutulanların sayı 3-ə çatıb
- Ağsuda fermada çoban qardaşını bıçaqlayıb
- Ağsuda 65 yaşlı kişini avtomobil vurub
- Ağsuda avtomobillər toqquşub, xəsarət alanlar var
- Ağsuda insident olub, sələmçi qardaşlar bıçaqlanıb
- Ağsuda bərbərxanada aşkarlanan koronavirus xəstəsinə cinayət işi açılıb
- Ağsuda məktəb koronavirusa görə bağlanıb