Tovuzda 44 yaşlı qadın özünə bıçaq xəsarəti yetirib


09:50     14 Fevral 2022 bicaq.jpg

Tovuz şəhərində qadın bıçaq xəsarəti alıb.

Femida.az -ın məlumatına görə, hadisə Məmməd Zeynalov küçəsində olan mənzillərin birində qeydə alınıb. Rayon sakini, 1978-ci il təvəllüdlü E.Balayeva kəsici ailətlə qarnından xəsarət alıb.

Yaralı Tovuz Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirilib, onun vəziyyəti kafi qiymətləndirilir.

Qadının sözlərinə görə, o, özü özünə bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 696