Respublika üzrə pensiyalar sabah tam ödənilərək yekunlaşdırılacaq


12:34     14 Fevral 2022 22_02_14_1644824078.jpg

Respublika üzrə pensiyaların fevralın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə Femida.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd olunub ki, bu ilin 1 yanvar tarixindən etibarən tətbiq olunan pensiya artımının yanvar ayı üçün olan artımı fevral ayının pensiyası ilə birgə ödəniləcək: "Bundan başqa, cari il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın rüblər üzrə bölünməklə ilk 50 manatı da fevral ayınının pensiyasının üzərinə əlavə olunacaq. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək".

Açar sözlər:

Oxunub: 763