Gəncədə 21 yaşlı gənc hündürlükdən yıxılaraq ağır xəsarət alıb


11:21     16 Fevral 2022 22_02_16_1644957562.jpg

Gəncə şəhərində gənc oğlan hündürlükdən yıxılaraq ağır xəsarətlər alıb.

Femida.az -ın məlumatına görə, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.

Şəhər sakini, 2001-ci il təvəllüdlü S.Həsənov hündürlükdən yıxılaraq ağır xəsarət alıb və yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

Hazırda huşsuz vəziyyətdə olan gəncin vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 1187