Göyçayda 54 yaşlı kişini qətlə yetirən yeniyetmənin məhkəməsi başlayır


12:33     16 Fevral 2022 22_02_16_1644962060.jpg

Göyçayda 54 yaşlı kişini qətlə yetirnəkdə təqsirləndirilən İsmayıl Babazadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Femida.az xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il Göyçay şəhərində qeydə alınıb.

Şəhər sakini, 2005-ci il təvəllüdlü Babazadə İsmayıl Müşviq oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı 1968-ci il təvəllüdlü Əliyev Əli Əlibala oğlunu bıçaqlayıb. Ə. Əliyev aldığı xəsarətlərdən ölüb.

İ. Babazadə tutularaq istintaqa təhvil verilib.

Açar sözlər:

Oxunub: 490