Ağcabədidə qadın bıçaqlanıb, əri saxlanılıb


12:22     18 Fevral 2022 22_02_18_1645166906.jpg

Ağcabədidə qadın bıçaqlanıb, əri saxlanılıb.

Bu barədə Femida.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, fevralın 17-si saat 16 radələrində Aytən Qasımovanın Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində yaşadığı evdə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri Raman Təhməzovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Aytən Qasımovaya çoxsaylı bıcaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Raman Təhməzov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 3025