İmişli sakini həmyerlisini güllələyib


12:18     23 Fevral 2022 22_02_23_1645600743.jpg

İmişli sakini həmyerlisini güllələyib.

Femida.az-IN məlumata görə, hadisə fevralın 22-də rayonun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Xalid İbrahimov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qisas almaq niyyəti ilə özünə məxsus ov tüfəngi ilə Namiq Xankişiyevin ayaq nahiyəsinə iki dəfə atəş açaraq xəsarət yetirib.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi açılıb, istinta aparılır.

Açar sözlər:

Oxunub: 378