Ukraynanın hakim partiyası Zelenskinin Putinlə danışıq təklifinə aydınlıq gətirib
18:55 25 Fevral 2022
Ukraynanın hakim Xalqın Xidmətçisi Partiyası Prezident Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə danışıq təklifinə aydınlıq gətirib.
Femida.az UNIAN-a istinadən xəbər verir ki, məsələ ilə bağlı partiyanın sədri Yelena Şulyak açıqlama yayıb.
Onun sözlərinə görə, bu gün Qərbdən Rusiyanın dayanması üçün heç bir tədbir görülmür.
Yelena Şulyak deyib ki, Qərb Rusiyaya hava məkanını bağlaya, onu SWIFT-dən ayıra, Rusiya neftinə embarqo qoya, onun ixracatını dayandıra bilərdi: “Qərb bunu etmir. Bəli, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Ancaq bu, çox azdır. Biz öz dövlətimizin ərazi bütövlüyünü qoruyuruq. Rusiyanın planı təcavüzün birinci günü məğlubiyyətə uğradı. Ona görə də Rusiya mülki infrastruktura və dinc sakinlərə qarşı belə amansızlıq nümayiş etdirir. Biz bunu Rusiyaya bağışlamayacağıq. Ancaq müharibəni təcili qurtarmaq lazımdır. Ona görə də Prezident Zelenski başqa məsələlərlə yanaşı, danışıqlar da təklif edib”.
Qeyd edək ki, fevralın 25-də Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putin danışıqlar masasına dəvət edib. Rusiya lideri də ən yüksək səviyyədə danışığa hazır olduğunu bildirib.
Oxunub: 1002
Oxşar xəbərlər
- Ukraynanın Kiyev vilayətində 1 348 mülki şəxsin meyiti aşkarlanıb
- Ukraynanın Xerson vilayətinin bəzi kəndləri tamamilə məhv edilib
- Ukraynanın ilk prezidenti Leonid Kravçuk vəfat edib
- Ukraynanın Mariupol şəhərindən təxliyənin ikinci mərhələsi başlayıb
- Ukraynanın müdafiə naziri dünya ölkələrindən ağır silahlar istəyib
- Ukraynanın müdafiə naziri dünya ölkələrindən ağır silahlar istəyib
- Ukraynanın 2146 xüsusi təyinatlı hərbi maşını məhv edilib
- Ukraynanın Nikolayev şəhərinə raket zərbələri nəticəsində ölən və yaralananların sayı artıb
- Ukraynanın yüzlərlə sakininin qətlə yetirildiyi Buça şəhərinin görüntüləri yayılıb
- Ukraynanın daha bir şəhəri işğaldan azad olunub