Ukraynanın XİN rəhbəri: “Rusiya ilə danışıqlarda təslim olmaq niyyətində deyilik”


19:00     27 Fevral 2022 22_02_27_1645974206.jpg

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bildirib ki, ölkəsi Rusiya Federasiyası ilə danışıqlar nəticəsində geri çəkilmək və təslim olmaq niyyətində deyil.

Bu barədə Femida.az Ukrayna mətbuatına istinadən xəbər verir.

Nazir qeyd edib ki, Kiyev dinləmək və öz fikrini bildirmək istəyir. Onun sözlərinə görə, Ukrayna öz ərazisinin bir qarışını belə, təhvil verməyəcək və torpaqlarından imtina etməyəcək.

Dmitro Kuleba dünya ölkələrini Rusiyanı maliyyə cəhətdən tam təcrid etməyə çağırıb.

Bizim Facebook səhifəmizə abunə olun

Açar sözlər:

Oxunub: 419