Bolqarıstan azərbaycanlıların Ukraynanı tərk etməsini nəzərə alaraq viza tələbini ləğv edib


20:48     27 Fevral 2022 22_02_27_1645984144.jpg

Bolqarıstan Azərbaycan Respublikası vətəndaşlarının Ukrayna ərazisini münaqişə səbəbindən tərk etməsini nəzərə alaraq, onlara münasibətdə ölkə ərazisindən tranzitlə keçmək üçün müvəqqəti olaraq viza tələbini ləğv edib.

Bu barədə Femida.az-a Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti İdarəsindən bildirilib.

“Eyni zamanda, vətəndaşlarımız sərhəd-keçid məntəqəsində səyahət sənədini (pasport və ya qayıdış şəhadətnaməsi) təqdim etməlidir.

Bolqarıstan tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar Ruminiyadan quru sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarından COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini mütləq şəkildə tələb etməyəcək.

Açar sözlər:

Oxunub: 492