Bolqarıstan yığmasının üzvləri Tbilisidə qəzaya düşüb


09:16     11 İyun 2022 22_06_11_1654928192.jpg

Bolqarıstanın futbol yığmasının üzvləri Tbilisidə qəzaya düşüb.

Femida.az xəbər verir ki, hadisə futbolçuların hava limanından iki avtobusla mehmanxanaya çatdırılması zamanı baş verib.

Bir avtobusun digəri ilə toqquşması nəticəsində komandanın üzvü Todor Nedelev xəsarətlər alıb və xəstəxanaya çatdırılıb. Yığmanın digər üzvləri arasında yaralanan olmayıb.

İnsidentlə bağlı araşdırmalara başlanılıb.

Xatırladaq ki, Millətlər Liqası çərçivəsində iyunun 12-də Tbilisidə “Dinamo Arena” stadionunda Gürcüstan-Bolqarıstan matçı keçiriləcək.

Açar sözlər:

Oxunub: 257