Sumqayıtda poçt şöbəsinə saxta əsginas verən şəxs saxlanılıb


14:23     28 Fevral 2022 22_02_28_1646040253.jpg

Sumqayıtda poçt şöbəsinə saxta əsginas verən şəxs saxlanılıb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə fevralın 18-də Corat qəsəbəsi ərazisində yerləşən poçt şöbəsində bir nəfərin 20 ədəd 50 ABŞ dollarlıq əsginas verərək manat alması, həmin dollar əsginaslarının isə saxta olması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş C.İsayev müəyyən edilərək saxlanılıb.

Onun saxta əsginasları verərkən Bakı şəhər sakini olan bir nəfərin şəxsiyyət vəsiqəsindən istifadə etməsi müəyyən edilib.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 506