Sumqayıtda yol qəzası zamanı bir nəfər ölüb


09:51     01 Mart 2022 22_02_28_1646077936.jpg

Sumqayıtda "Mercedes" markalı avtomobil ilə yük maşını toqquşub, ölən və yaralılar var.

Femida.az -ın məlumatına görə, qəza Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb.


Ağır qəza nəticəsində minik avtomobilinin sürücüsü 1955-ci il təvəllüdlü Adışov Əliş Qarakişi oğlu hadisə yerində dünyasını dəyişib.

Minik avtomobilində olan sərnişinlər - 1986-cı il təvəllüdlü Həsənova Sevinc Zeyibşah qızı, 1971-ci il təvəllüdlü İsakova Gülarə Minacəddin qızı,1972-ci il təvəllüdlü İsakova Lətifə Lətif qızı müxtəlif bədən xəsarətləri alaraq Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Daha bir nəfər 1991-ci il təvəllüdlü İsakov Şəhriyar Bəxtiyar oğluna isə tibbi yardım göstərilərək ambulator müalicəyə buraxılıb.

Qəzada ölən şəxsin meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 489