FHN Gəncədə ev sahibinin yanaraq ölməsi ilə bağlı məlumat yayıb


11:33     02 Mart 2022 22_03_02_1646206457.jpg

Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədə ev sahibinin yanaraq ölməsi ilə bağlı məlumat yayıb.

FHN-dən Femida.az-a daxil olan məlumatda deyilir:

"Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 400 m² olan birmərtəbəli altı otaqlı evin 4 otağının yanar konstruksiyaları və dam örtüyü 100 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1948-ci il təvəllüdlü Hüseynov Tofiq Müseyib oğlunun (yataq xəstəsi) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır".

Açar sözlər:

Oxunub: 667