FHN Yasamalda baş verən qəza ilə bağlı məlumat yayıb


19:45     30 Mart 2022 22_03_30_1648655145.jpg

Fövqəladə Hallar Nazirliyi nin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda “Toyota” markalı minik avtomobilinin dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-dən Femida.az-a bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Açar sözlər:

Oxunub: 379