Gəncədə mübahisə qanla bitib


17:51     06 Mart 2022 22_03_06_1646574685.jpg

Gəncə şəhərində yerli sakin mübahisə zəminində bıçaq xəsarəti alıb.

Hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü A.Xəlilov mübahisə zəminində bir bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən isə onun tanışı A.İsmayılovdur. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 524