Son 2 ayda Azərbaycanda yol qəzalarında 126 nəfər ölüb


17:12     14 Mart 2022 22_03_14_1647260779.jpg

Son 2 ayda Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Femida.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2022-ci ilin yanvar-fevral aylarında respublika ərazisində 277 yol qəzası baş verib.

Nəticədə 126 nəfər həlak olub, 225 nəfər isə yaralanıb.

“Yaralıların sayı ötən ilə nisbətən 28 nəfər azdır”, - İdarədən qeyd edilib

Açar sözlər:

Oxunub: 415