Son sutkada daha 19 nəfər koronavirusa yoluxub


19:37     14 İyun 2022 22_06_14_1655217495.jpg

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 903 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 103 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib. 85 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 217, bu günə qədər isə ümumilikdə 6 926 715 test icra olunub.

Açar sözlər:

Oxunub: 293