Azərbaycanın dövlət büdcəsinin qalığı 2 milyard manata çatıb


20:38     14 Mart 2022 22_03_14_1647273970.jpg

Bu ilin yanvar-fevral aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 4 626,1 milyon manat, xərcləri isə 2 685,1 milyon manat təşkil edib.

Femida.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,8% çox və 22,6% azdır.

Son nəticədə büdcədə 1 941 milyon manat qalıq yaranıb.

Açar sözlər:

Oxunub: 407