Moskvadan müharibənin gedişatını dəyişəcək qərar


21:36     14 Mart 2022 22_03_14_1647277187.jpg

Rusiyanin hərbi-dəniz donanması Qara dəniz akvatoriyasında tam gəmi qruplaşması formalaşdırıb, döyüş hazırlığı vəziyyətinə gətirib və Ukrayna ərazisinə seriya zərbələr endirməyə hazırlaşır.

Femida.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı bildirir.

Məlumatda deyilir ki, Kiyevdən şimal və şərq istiqamətlərində də Ukrayna ordusu Rusiya təcavüzkarlarına qarşı müdafiə döyüşləri aparır. O cümlədən sahilboyu ərazilərin və dövlət sərhədlərinin qorunması həyata keçirilir.

Bildirilir ki, Rusiya ordusu əsasən Krivoy-Roq istiqamətində hücum cəhdlərini davam etdirir, eyni zamanda Nikolayev və Mariupol şəhərlərini tutmağa çalışır.


Açar sözlər:

Oxunub: 582