Sumqayıtda minik avtomobili ilə sərnişin avtobusu toqquşub, yaralananlar var


20:37     15 Mart 2022 22_03_15_1647362287.jpg

Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

Bu barədə Femida.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Belə ki, “Hyundai” markalı minik avtomobili və "Hyundai" markalı sərnişin avtobusu toqquşub. Hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub. Nəticədə müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfər sərnişin minik avtomobilindən, 2 nəfər sərnişin isə deformasiyaya uğrayan digər nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 453