Sumqayıtda qəzada yaralanan qadın xəstəxanada ölüb


17:58     16 Mart 2022 22_03_16_1647437812.jpg

Sumqayıtda qəzada yaralanan qadın xəstəxanada ölüb.

Bu barədə Femida.az-A sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, qəza nəticəsində Sumqayıt Təcili Tibbi Yardım Stansiyasına verilən məlumata görə, müxtəlif dərəcəli bədən xəsarətləri alan 16 nəfərdən 9 nəfər stasionar müalicəyə cəlb olunub, onlardan ağır vəziyyətdə olan 3 nəfər reanimasiya şöbəsinə yerləşdirilib. 7 nəfərə isə ambulator xidmət göstərilib: "Martın 16-da səhər saatlarında aparılan müalicə tədbirlərinə baxmayaraq "Hyundai Santa Fe" markalı minik avtomobilinin sərnişini, Qobustan rayonu, Şıxzərli kəndində qeydiyyatda olan 1965-ci il təvəllüdlü Hümbətova Tamella Tərxan qızı vəfat edib".

Açar sözlər:

Oxunub: 356