Gəncədə 3 piyadanı avtomobil vurub, birinin vəziyyəti ağırdır


11:11     17 Mart 2022 22_03_17_1647496311.jpg

Gəncə şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Femida.az -ın məlumatına görə, 2002-ci il təvəllüdlü E.Rzayev, 2002-ci il təvəllüdlü P.Musayev və 2003-cü il təvəllüdlü P.Məmmədovu avtomobil vurub.

Hər üç şəxs xəstəxanaya yerləşdirilib.

Ağır xəsarət alan 2002-ci il təvəllüdlü E.Rzayev cərrahiyyə əməliyyatı olub, vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, E.Rzayev Gəncə şəhərində fəaliyyət göstərən universitetlərin birinin tələbəsidir. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 388