Ali məktəb və kolleclərə ərizə qəbulu başa çatıb


11:18     18 Mart 2022 22_03_18_1647587993.jpg

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb.

Femida.az xəbər verir ki, 96 629 abituriyent öz ərizəsini təsdiq edib.

Ərizəsini təsdiq edənlərdən 88 472 nəfəri Azərbaycan, 8 157 nəfəri isə rus bölməsi üzrə oxuyan abituriyentlər olub.

I ixtisas qrupu üzrə 32 257, II ixtisas qrupu üzrə 20 126, III ixtisas qrupu üzrə 21 200, IV ixtisas qrupu üzrə 5 227 nəfər, V ixtisas qrupu üzrə 69 745 qeydiyyatdan keçib.

Eyni zamanda 74 408 nəfər isə kolleclərə (11 illik) keçiriləcək qəbul imtahanı üçün ərizəsini təsdiqləyib.

Açar sözlər:

Oxunub: 425