Ali Məhkəmə sevgilisini öldürən qadınla bağlı qərar elan edib


18:44     07 Aprel 2022 22_04_07_1649339073.jpg

Ali Məhkəmədə qətldə təqsirləndirilən Günel Qasımovanın barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə qərarı elan edilib.

Femida.az-ın xəbərinə görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə G.Qasımovanın kassasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, ailəli olan G.Qasımova sevgi münasibətində olduğu Ramiz Hüseynovu öldürməkdə təqsirli bilinib.

Hadisə 2019-cu ilin oktyabr ayında Abşeron rayonunun Xırdalan şəhərində baş verib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələbetmə, terrorçuluq və ya banditizmlə əlaqədar adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Qasımova 10 il müddətinə azadlıqdan məhrum edilib.

Açar sözlər:

Oxunub: 484