"Siyəzən Broyler"də yanğın olub


10:39     19 Mart 2022 22_03_19_1647668412.jpg

"Siyəzən Broyler"də yanğın olub.

Bu barədə Femida.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Siyəzən rayonunun Siyəzən kəndində, "Siyəzən Broyler" ASC-nin ərazisində ümumi sahəsi 1120 m² olan quşçuluq sexinin dam örtüyünün yanar konstruksiyaları 650 m² sahədə, içərisində elektrik naqilləri 80 p.m, havalandırma qurğuları, plastik su və yem qabları yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 424