Sabirabadda yol qəzasında xəsarət alanlardan biri xəstəxanada ölüb


16:30     20 Mart 2022 22_03_20_1647777865.jpg

Sabirabadda yol qəzasında xəsarət alanlardan biri xəstəxanada ölüb.

Femida.az-ın məlumatına görə, Şirvan Şəhər Mərkəzi Xəstəxanasını reanimasiya şöbəsinə yerləşdirilən, 1979-cu il təvəllüdlü Abışova Günay Abdul qızı həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.

Qeyd edək ki, gecə saatlarında rayonun Kürkəndi kəndində “Mersedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı divara çarpılıb. Nəticədə G.Abışova olmaqla 4 nəfər ağır bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 3144