Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb


09:12     11 Oktyabr 2022 22_10_11_1665462368.jpg

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Qaragüney kəndində qeydə alınıb. Belə ki, şəxsiyyəti hələ məlum olmayan piyada (kişi – red) yolu keçərkən avtomobil onu vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 8827