Sabirabadda yol qəzası olub, 1 nəfər ölüb


21:14     04 İyun 2022 22_06_04_1654361862.jpg

Sabirabadda yol qəzası nəticəsində bir nəfər ölüb.

Hadisə Qalağayın kəndində qeydə alınıb. Belə ki, yol qəzası zamanı Saatlı rayonunun Bəylik kənd sakini, 1986-cı il təvəllüdlü Axundov Məcnun Zabitağa oğlu müxtəlif dərəcəli ağır xəsarətlər alıb.

Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 2644