Ağstafada eyni yolda 2 yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var


11:15     22 Mart 2022 22_03_22_1647926133.jpg

Bakı-Qazax avtomobil yolunun Ağstafa rayonundan keçən hissəsində 2 avtomobil qəzası olub.

"Report"un məlumatına görə, ilk qəza "VAZ" və "Mercedes" markalı avtomobillərin toqquşması ilə baş verib. Hadisə zamanı Ağstafa rayon sakinləri - 1994-cü il təvəllüdlü E.Şəmmədov və Qazax rayon sakini, 1994-cü il təvəllüdlü A.Kərimov xəsarət alıblar. Onlardan biri Ağstafa Mərkəsi rayon Xəstəxanasına, digəri isə Qazax Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Digər avtomobil qəzası isə Gürcüstan vətəndaşının idarə etdiyi "TIR" tipi yük avtomobilinin aşması nəticəsində qeydə alınıb. Qəza zamanı avtomobilin sürücüsü, Gürcüstan vətəndaşı, 1963-cü il təvəllüdlü İvanaşvli Gorgi Aleksandrovic xəsarət alıb. Ona ambulator yardım göstərilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 400