Gəncədə ticarət mərkəzində qadının çantasını oğurlayan şəxs saxlanılıb


20:12     24 Mart 2022 22_03_24_1648133514.jpg

Gəncə şəhərindəki ticarət mərkəzlərinin birində qadının içərisində pul və sənədlər olan çantasını oğurlayan şəxs saxlanılıb.

"Femida.az-ın məlumatına görə, şəhər ərazisində fəaliyyət göstərən ticarət mərkəzlərindən birində G.Nəbiyevaya məxsus içərisində 380 manat və şəxsi sənədlər olan çantası oğurlanıb.

Aparılan araşdırma nəticəsində oğurluqda P.Hüseynova şübhəli bilinib və polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 464