Qusar sakinləri Xaçmazda bıçaqlanıblar


12:12     25 Mart 2022 22_03_25_1648185591.jpg

Xaçmazda bıçaqlanma hadisəsi baş verib.

Femida.az-ın verdiyi məlumata görə, hadisə Yalama kəndində qeydə alınıb.

Belə ki, Qusarın Düztahir kənd sakinləri - 1997-ci il təvəllüdlü Namiq Faiq oğlu Cəfərov və onun həmkəndlisi 2002-ci il təvəllüdlü Sadəddin Radik oğlu Novruzov bıçaq xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

N.Cəfərova döş qəfəsinin daxilə nüfuz edən deşilmiş yarası, S.Novruzova isə sol çiyin nahiyəsinin deşilmiş yarası diaqnozları qoyulub.

Hadisənin hansı şəraitdə baş verdiyi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 451