Rusiyanın daha bir generalı Ukraynada öldürülüb


17:05     25 Mart 2022 22_03_25_1648213564.jpg

Ukrayna Silahlı Qüvvələri ötən gün ölkənin Xerson vilayətinin Çernobayevka şəhər tipli qəsəbəsində Rusiyanın Cənub Hərbi Dairəsinin 49-cu ümumqoşun ordusunun komandanı general-leytenant Yakov Rezantsevi öldürülüb.

Femida.az xəbər verir ki, Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç gündəlik keçirilən brifinqində bu məlumatı təsdiqləyib.

Qeyd edək ki, bu Ukraynada son 1 ayda öldürülən 7-ci rusiyalı generaldır. Bununla belə, Rusiya indiyədək yalnız 41-ci ordu komandanı müavini general-mayor Andrey Suxovetskinin və Qara Dəniz Donanmasının rəis müavini, birinci dərəcəli kapitan (polkovnikə bərabər) Andrey Palinin ölümünü təsdiqləyib.

Açar sözlər:

Oxunub: 419