Yaxın iki gün ərzində temperatur yüksələcək, külək əsəcək
16:58 26 Mart 2022
Yaxın iki gün ərzində ölkə ərazisində temperaturun tədricən yüksələcəyi və küləkli hava şəraitinin üstünlüyü gözlənilir.
Femida.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında martın 27-si səhərdən 30-u səhərədək hava şəraitinin küləkli olacağı, cənub-qərb küləyinin şimal-qərb küləyi ilə əvəz olunacağı, küləyin maksimal sürətinin 15-20 m/s, arabir 23-28 m/s, 28-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında martın 27-si səhərdən 30-u səhərədək ölkə ərazisində küləkli hava şəraitinin davam edəcəyi, cənub-qərb, qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s, 28-i gecə və səhər ayrı-ayrı yerlərdə arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.
Oxunub: 314
Oxşar xəbərlər
- Yaxın iki gündə Bakıda hava şəraiti bir qədər mülayimləşəcək
- Yaxın iki gündə Bakıda hava şəraiti bir qədər mülayimləşəcək
- Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti açıqlanıb
- Yaxın vaxtlarda Azərbaycan-Pakistan Birgə Komissiyasının iclası keçiriləcək
- Yaxın illərdə su altında qalacaq şəhərlər məlum olub
- Yaxın həftələrdə bütün məktəblərin distant tədrisə keçməsi planlaşdırılmır
- Yaxın vaxtlarda Talış və Suqovuşana 500-ə yaxın ailə köçürüləcək
- Yaxın günlərdə havanın keyfiyyətinin əlverişli olacağı gözlənilir
- Yaxın günlərdə ali məktəblərə ərizələrin qəbuluna başlanılacaq
- Yaxın günlərdə 190 manat ödənişləri olacaq