Gədəbəydə qanunsuz tikintinin qarşısı alınıb


14:58     28 Mart 2022 22_03_28_1648461542.jpg

Gədəbəydə qanunsuz tikintinin qarşısı alınıb.

Bu barədə Femida.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən rayonun Novosaratovka kəndində vətəndaş Məmmədova Rübabə Məlik qızı tərəfindən müvafiq icazəverici sənədlər olmadan tikinti işlərinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar Agentlik tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

Açar sözlər:

Oxunub: 404