Gədəbəydə yük avtomobili dərəyə aşıb, xəsarət alan var


11:51     18 İyun 2022 22_06_18_1655531486.jpg

Gədəbəydə xəsarətlə nəticələnən yol qəzası olub.

Bu barədə Femida.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə Kiçik Qaramurad kəndində QAZ markalı yük avtomobilinin dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Açar sözlər:

Oxunub: 264