Gəncə yaxınlığında eşidilən partlayış səslərinin səbəbi açıqlanıb


18:14     29 Mart 2022 22_03_29_1648559696.jpg

Müdafiə Nazirliyi Gəncə şəhəri yaxınlığında eşidilən partlayış səslərinin səbəbini açıqlayıb.

Nazirlikdən Femida.az-a bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

"Məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya prosesi 28.03.2022-ci il tarixdən 02.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək. Bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını diqqətə çatdırırıq", - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün Gəncə şəhəri yaxınlığında partlayış səsləri eşidilib.

Açar sözlər:

Oxunub: 326